Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Cavid Nəzmi məhkəmə prosesinin sonuna qədər girov qarşılığında zaminə buraxılaraq Təbriz Mərkəzi Həbsxanasından azad edilib.

Dünən səhər saatlarında azərbaycanlı milli fəal Cavid Nəzmi SEPAH-ın kəşfiyyat bölməsindən Təbriz mərkəzi həbsxanasının karantininə köçürülmüşdü.

Məlumata görə, azərbaycanlı milli fəalın məhkəmə prosesinin sonuna qədər zaminə buraxılması üçün iki milyard tümən girov qərarı çıxarılmışdı.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …