Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Ermənistan-İran-Hindistan görüşü baş tutmadı

GADTB: Ermənistan, İran və Hindistanın iştirakı ilə yeni ticarət marşrutunun işə salınması ilə bağlı sentyabr ayında planlaşdırılan üçtərəfli görüş baş tutmayıb. Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat verib.

“Qeyd olunan görüş İranda baş verən məlum hadisələr səbəbindən (İran-İsrail münasibətlərinin gərginləşməsi nəzərdə tutulur – red.) baş tutmayıb”, – deyə nazirlikdən bildirilib.

Bununla belə, Ermənistan multimodal sürətli marşrutun yaradılması ilə bağlı ilkin müzakirələri davam etdirir, lakin onun işə salınma müddəti hələ dəqiqləşməyib.

Qeyd edək ki, planlaşdırılan marşrutla Hindistan və Fars körfəzi limanlarından Avropaya və Aİİ-yə yüklər Ermənistan və Gürcüstan üzərindən daşınacaq. Sxemə əsasən, Hindistanın Mumbay limanından yüklər Çabahara, sonra quru yolla Ermənistana, daha sonra isə Gürcüstana nəql olunmalıdır. Gürcüstan limanlarından isə yüklər ya Bolqarıstan və Yunanıstana, ya da “Yuxarı Lars” vasitəsilə Rusiyaya çatırılmalıdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …