Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin təbrizli yeniyetmə fəalı qəsdən ruhi xəstəxanaya göndərdiyi sübüt edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurlarının 17 yaşlı təbrizli xanım fəal Nigar Dəbbağiyə qarşı təziqləri baş tutmayıb.

Bununla bağlı Nigar Dəbbaği etdiyi video paylaşımda məumat verib. Nigar Dəbbağini Təbrizin Razi adına ruhi xəstəxanasına köçürərək təcrid etmək istəyən məmurlar xəstəxana həkimləri tərəfindən rədd cavabı alıblar.

“Xəstəxana həkimləri müayinə edib, yoxlayıb və sınadıqdan keçirdikdən sonra tam sağlam olduğum barədə rəy yazıb və məni xəstəxanaya qəbul etməkdən imtina etdilər. Məndən əvvəl də təzyiq vasitəsi kimi Röya Zakiri və başqalarını ruhi xəstə kimi həmin xəstəxanaya salıblar, ancaq artıq bununla nəyəsə nail ola bilməyəcəklər”,- Dabbağı deyib.

Qeyd edək ki, Təbrizin Baharistan texnikomunun şagirdi yeniyetmə noyabrın 13-də həbs olun və dekabrın əvvəlində 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, “vətəndaşları ölkənin milli təhlükəsizliyinə qarşı çıxmağa təhrik etmək”, “hökumətə qarşı təbliğat” və “islam inqilabının banisi və İranın rəhbərini təhqir etək”də günahlandırılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …