Cümə axşamı , May 7 2026
azfa

Türk düşməni olan iranşəhrilər Səttarxan teatrına hücum etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk düşməni olan iranşəhrilər Səttarxan teatrına hücum etdilər.

Təbrizdə “Səttarxan” adlı nəhəng tamaşanın nümayişi əhali tərəfindən böyük rəğbətlə qarşılanarkən türk düşməni olan iranşəhrilər bu tamaşaya qarşı çıxıblar.

Fars irqçiliyinə qulluq edənlər tamaşada göy və qırmızı rənglərdən istifadəni və Qarabağda da istifadə edilən vətən haqqında Azərbaycan musiqisinin səsləndirilməsini özlərinə təhqir hesab ediblər və hamını teatra etiraz etməyə çağırıblar.

Qeyd edək ki, “Səttarxan” adlı tamaşa 300 sənətçinin iştirakı ilə Təbrizin Xavaran teatr salonunda səhnəyə qoyulub.

Bu tamaşanın ssenari müəllifi və rejissoru Yaqub Sədiqi Camalidir. O, Azərbaycanın və Təbrizin məşrutə mübarizəsini daim diqqət mərkəzində saxlamağa çalışır.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …