Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəallar Yusif Həqqi və Hadi Təvəkküli prokurorluqda dindirildilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərindən olan fəallar Yusif Həqqi və Hadi Təvəkküli rejimin İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsində dindiriliblər.

Hər iki fəal “yalan məlumatların yayılmasında iştirak etmək” ittihamına qarşı müdafiə çıxışı ediblər. Dindirildikdən sonra onlar girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, adı çəkilən fəallarla yanaşı Yusif Kari və Tohid Əmirəmini də prokurorluğa çağırılıblar. Yusif Kari və Əmirəmini çağırışın qanunsuz olduğunu bildirərək, dindirilmə prosesində iştirak etməkdən imtina ediblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …