Xameneinin daha bir nümayəndəsi Azərbaycan Prezidentinə qarşı nalayiq ifadələr işlətdi

GADTB: Əli Xameneinin daha bir nümayəndəsi Azərbaycan Prezidentinə qarşı nalayiq ifadələrlə hücuma keçdi.

Xameneinin Qəzvinə cümə imamı təyin etdiyi Əbdülkərim Abidini yalnız özünə və tərəfdarlarına yaraşan nalayq və təhqiramiz ifadələrlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hücum etdi.

Axund Əbdülkərim Abidini Qəzvində cümə namazı xütbələrində Azərbaycan Prezidentliyini təhqir edərək deyib: “Əliyev Ali rəhbərin nümayəndəsinə qarşı kobudluq edib. Azərbaycan Prezidenti əslində sionist yəhudilərə, amerikalılara və ingilislərə demək istəyib ki, mən sizin qulunuzam və onların qulu olmağını sübut etmək istəyib və ona görə belə danışıb. Amerika muzdlusi olmaq, quldur Rza xanın və Rza xanın bacarıqsız oğlu Məhəmmədrza şahın yolu ilə getmək qeyrətli Azərbaycan xalqının qəzəb vulkanına səbəb olacaq. Bu isə Azərbaycanın müqavimət cəbhəsini daha da alovlandırıb, satqın və tiran “Əliyev”in çöküşünə yol açacaq. Bir çox insan Əliyevin bu kobudluğu qarşısında mövqe tutdular. Lakin mərhum Hacı Qasım Süleymaninin dili ilə desək, Ali rəhbərin nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Amelinin sizə cavab verməsi lazım deyil. Başqaları cavab verəcək. Ərdəbil vilayətindəki məscidlərdən birinin imamlarından birinin sizə cavab verməsi kifayətdir ki, siz yerinizdə oturub boş-boş danışmayasınız”.

 Qeyd edək ki, molla rejiminin rəsmiləri, xüsusilə mollalar heç bir əxlaq və etika anlamadan Azərbaycan və türklərə qarşı düşmənçiliklərinə davam edirlər. Onlar Azərbaycan və Türkiyə Prezidentlərini də uğurlu siyasət yeritdikləri üçün hədəf alırlar.

Video:

https://t.me/GADTB1/39752

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “Tehran Azərbaycana qarışır – Bakının İrana qarşı hansı kozırları var?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …