Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı milli fəal 10 gündür zindanda aclıq aksiyası keçirir davam etdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars-molla rejimin Marağa həbsxanasında həbsdə saxladığı azərbaycanıə fəal Muxtar İbrahimi 10 gündür aclıq aksiyası keçirir.

Azərbaycanlı fəalın böyrəklərindəki problemlərlə yanaşı, onun fiziki vəziyyəti də ağırdır və istəkləri hələ də təmin edilməyib.

Azərbaycanlı fəal bir neçə gün öncə Marağa zindanındakı təkadamlıq kameradan başqa bir bölməyə köçürülüb. Eyni zamanda,  prokuror Mahmud Nemətinin onun tələblərinə məhəl qoymaması səbəbindən o, aclıq aksiyası keçirir. Böyrəklərindəki problemlər və davam edən aclıq aksiyası onun fiziki vəziyyətini daha da pisləşdirib.

Azərbaycanlı fəal yanvarın 18-dən etibarən tələblərinin yerinə yetirilməməsinə, o cümlədən “şərti azadlığa və ya elektron qandalla azadlığa çıxmamasına” etiraz olaraq aclıq aksiyası keçirir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …