Cümə , Noyabr 13 2026
azfa

Arvopalı vəkillər İranda həbsdə olan azərbaycanlı vəkilin azadlığa buraxılmasını tələb ediblər

GADTB: Avropa Vəkillər Kollegiyası və Hüquq Birlikləri Şurası İran prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubda həbs etdikləri vəkil Məhəmmədrza Fəqihinin vəziyyətindən narahatlığını bildirib və onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi “İran hakimiyyətinə qarşı toplanmaq və təşkilatçılıq”da ittiham olunaraq 5 il həbs cəzasına məhkum edilib.

Məhəmmədrza Fəqihi əslən Ərdəbil əyalətinin Hir şəhərindəndir və Tehranda yaşayır.

O, müxtəlif dövrlərdə Güney Azərbaycan Milli Hərəkatının fəallarının hüquqlarını müdafiə edib.

Həmçinin yoxlayın

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …

Təbrizdə türkcə “Sallax” tamaşasının posteri təqdim olunub

GADTB: Əkbər Şəriətin müəllifi olduğu, Məhəmmədrza Qənbərinin quruluş verdiyi və Mehdi Səmsarinin prodüserliyi ilə hazırlanan …