İran parlamenti məktəblərdə ana dilində təhsil layihəsini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün İran parlamenti plenar iclasında məktəblərdə ana dilində təhsil layihəsini rədd edib.

Molla rejimin parlamenti ölkədə yaşayan bütün xalqların məktəblərdə öz dilində tədrisinə icazə verən qanun layihəsi 130 əleyhinə, 104 lehinə və 5 bitərəf səslə qəbul olunmayıb.

Qeyd edək ki, millət vəkilləri qanun layihəsinin icrasına qarşı çıxsalar da, İran Konstitusiyasının 15-maddəsinə görə, ölkədə yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsinə, öz mətbuatına, kütləvi informasiya vasitəsinə və milli ədəbiyyatının tədrisinə icazə verilir.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …