Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi 14 aydır azərbaycanlı milli fəalları həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında saxlanılan 6 güneyli fəal Ayaz Seyfxah, Araz Aman, Murtaza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə və Əbdüləziz Əzimi Qədimin qanunsuz həbs edilməsindən 14 ay keçir.

Azərbaycanlı fəal Əzimi Qədim isə martın 2-dən məhkəmənin müstəqil olmamasına və ETTELAAT Nazirliyinin məhkəmə işlərinə müdaxiləsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Eyni zamanda Evin zindanında antisanitari şəraitlə bağlı müəyyən xəstəliklər yayılıb və müalicə üçün lazımi tədbirlər də görülmür.

Qeyd edək ki, fevralın 5-i və 7-i, 2024-cü ildə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmu, İslamşəhr və Astarada 30-a yaxın türk fəal kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.

Həmin azərbaycanlı fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar. Onlar Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbülqasim Sələvatinin qərarı ilə ağır həbs cəzaları alıblar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …