Cümə axşamı , Avqust 27 2026
azfa

İran Vaşinqtonu ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirməklə hədələyib

GADTB: “The Telegraph” qəzeti yazıb ki, ABŞ hücum edərsə, İran Hind okeanındakı Dieqo Qarsiya adalarında yerləşən Britaniya bazasını hədəfə alacağını bildirib.

İranın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisi “The Telegraph”a deyib ki, Tehran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirəcək.

“Bölgədəki İran raketlərinin mənzilində olan hər hansı hərbi bazadan İrana hücum ediləcəyi təqdirdə biz Britaniya və Amerika qüvvələri arasında heç bir fərq qoymayacağıq. Vaxtı gələndə amerikalı, ingilis və ya türk əsgəri olmağınızın fərqi yoxdur – əgər bazanız amerikalılar tərəfindən istifadə olunarsa, hədəfə çevriləcəksiniz”, – deyə, adı açıqlanmayan rəsmi idda edib. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …