Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbrizdə “İranxodro” avtomobil istehsalı zavodunun işçiləri etiraza qalxıblar

GADTB: Təbrizin ən böyük sənaye müəssisələrindən olan “İranxodro” avtomobil istehsalı zavodunun işçiləri aprelin 20-dən başlayaraq yenidən etiraza qalxıblar.

Azərbaycanlı işçilər molla rejimin irçi siyasətinə də etiraz edirlər. Zavod işçiləri qanuni hüquqlarının pozulması, zavodun Tehran bölməsi işçiləri ilə Təbrizdəki işçilərinin əmək haqları arasında böyük fərq olmasını ayrı-seçkilik kimi qəbul edir və buna görə də səslərini əlaqədar qurumlara çatdırmaq üçün tətil elan ediblər”.

etirazçıların sözlərinə görə, hazırda 1500 işçisi olan zavod rəhbərliyi işçilərin əmək haqlarının artırılması ilə bağlı dəfələrlə edilən müraciətləri cavabsız qoyub.

Bu, son bir neçə ildə zavod işçilərinin keçirdiyi onlarla etiraz və tətil aksiyalarından biridir.

Bundan öncəki aksiyalarda işçilər yuxarıda qeyd olunan problemlərlə yanaşı iş təsnifatının olmamasına, iş şəraitinin ağır olamsına, gecikdirilmiş əmək haqlarının ödənilməməsinə, əmək müqavilələrinin 3 aydan bir yenilənməsinə, iş təhlükəsizliklərinin olmamasına etirazlarını bildirmişdilər.

Qeyd edək ki, “İranxodro” şirkətinin nominal istehsal gücü ildə 130 min avtomobil təşkil edir. Zavod rəhbərliyinin iddiasına görə, 2006-cı ildə təsis edilən zavodda bu günə kimi  bir milyondan çox minik avtomobili və furqon istehsal edilib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …