Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi türkmən sənətçinin çıxışına icazə vermədi

GADTB: İrqçi fars-molla rejimin İslami İrşad İdarəsi Şimalı Xorasan əyalətinin Bocnurd şəhərində yaşayan türkmən şair və müğənni Rəsul Abbaszadənin çıxış və ifa etməsinə icazə verməyib.

Türkmən sənətçi sosial media hesabında bununla bağlı yazıb: “Bundan əvvəl rəsmi icazə ilə keçirilməsi qərara alınan mədəni tədbirdə çıxışçı və ifaçı kimi adım qeyd olunsa da, son anda adım siyahıdan çıxarıldı”.

Abbaszadə irqçi fars-molla rejimin dövlət qurumunun barəsində irəli sürdüyü ittihamdan şok olduğunu bildirib: “Heç bir miliyyətçi fəaliyyətim olmadığı halda məni pantürkizmdə günahlandırmalarından şok oldum. Bu mənə qarşı baş verən ilk təzyiq deyil və bundan əvvəl də mədəni tədbirlərdə çıxış və ifamın qarşısı alınıb”.

Abbaszadə bunu yalnız özünə qarşı deyil, türkmən musiqi və sənətinə qarşı ayrı-seçkiliyin nümunəsi olduğunu bildirib.

Qeyd edək ki, irqçi fars-molla rejimi İran adlanan yerdə bütün türklərə qarşı ayrıseçkilik və müstəmləkə siyasətinə davam edir.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …