Bazar ertəsi , May 11 2026
azfa

Azərbaycanın 2006-cı il May qiyamının şəhidlərini xatirəsi Sulduzda anıldı

GADTB: Güney Azərbaycanın 2006-cı il May qiyamının şəhidlərini xatirəsi Sulduzda anılıb.

Bir qrup azərbaycanlı fəal ailələri ilə birlikdə Qərbi Azərbaycan vilayətində Sulduz şəhidlərinin məzarını ziyarət edərək, 2006-cı il May qiyamında Azərbaycan şəhidlərinin xatirəsini anıblar.

2006-cı ilin mayında Azərbaycan millətinin fars rasizminə qarşı keçirdiyi nümayişlərindən sonra Sulduz əhalisinin nümayişi molla rejimin qüvvələrinin birbaşa nümayişçilərə tərəf atəş açması nəticəsində burada günahsız azərbaycanlı əhalidən bir neçəsi şəhid edildi.

Bəzi mənbələrə görə, Azərbaycanın müxtəlif şəhərlərində keçirilən bu nümayişlərdə bir neçə nəfər şəhid olub və İran televiziyası Sulduzda “Tohid Azariun”, “Hemmət İsmzadə”, “Hüseyn Fəthipur”, “Əsgər Qasimi”nin həyatını itirməsini təsdiqləyib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …