Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran və Güney Azərbaycanda sürücülərin tətilləri genişlənir

GADTB: Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində yük avtomobili sürücülərinin etiraz tətillərinin davamı olaraq, bu gün Xürrəmdəşt şəhərində də tətil keçirilib.

Məlumata görə, sürücülər iqtisadi problemlərə və basqılara qarşı etirazlarını bildiriblər.

Qeyd olunub ki, ötən həftədən başlayaraq Güney Azərbaycan və İranın 125 şəhərində sürücülər etiraz olaraq aksiya keçirirlər.

Tətil aksiyasına Təbriz, Qəzvin, Zəncan, Ərdəbil, Ocan (Bostanabad) və başqa bir neçə Azərbaycan şəhərinin sürücüləri də qoşulub.

Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

Məlumatlara görə, sürücülərin tətili nəticəsində ölkədə yükdaşıma sahəsi iflic olub, limanların fəaliyyətində də problemlər yaranıb.

Sürücülərin tətil aksiyasını dayandırmaları üçün onlara qarşı təzyiqlər başlayıb, Şiraz şəhərində onlarla sürücü həbs edilib.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …