
GADTB: Havanın yağıntılı keçməsinə baxmayaraq Urmiya gölü acınacaqlı vəziyyətdədir.
Hazırda Urmiya gölünün sahəsi 1110 kvadrat kilometr, göldə olan su miqdarı isə 1 milyar 550 milyon kubmetrdir. Bununla bağlı ekoloji problemlə bağlı Ətraf Mühitin Mühafizəsi Təşkilatı məlumat yayıb.
Bildirilib ki, cari yağış ilində yağıntılar ötən ilin eyni dövrü ilə müqayisədə 28% azalıb və buna görə də qarşıdakı aylarda gölün sahəsi və suyunun daha da azalacağı ehtimal olunur.
Qeyd edək ki, Urmiya gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi