Cümə , Avqust 21 2026
azfa

Molla rejimi Alparslan adına görə azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları 49 gündür türk adı olan Alpaslan adına görə azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Uşağa doğum haqqında şəhadətnamə verilmədiyinə görə, o, tibbi sığortadan, peyvənddən, tibbi xidmətdən məhrum qalıb.

Bu barədə uşağın anası Fatimə Hüseynzadə Balamın Adı kampaniyasına danışıb.

“Oğlumuz 17 aprel 2025-cü ildə dünyaya gəlib və biz ona Alp Aslan adını seçmişik. AncaqTəbriz Qeydiyyat Şöbəsinin məsul şəxsləri bildirdilər ki, bizim sistemdə belə ad yoxdur və biz bu adla doğum haqqında şəhadətnamə verə bilmərik! Halbuki, əvvəllər çoxları bu adla doğum haqqında şəhadətnamə alıblar. Biz həmin idarənin 2021-ci ildə Alp Aslan adlı körpəyə verdiyi doğum haqqında şəhadətnamənin fotosunu onlara göstərdik. Onlar isə bu sənədi yalnız məhkjəmə şikayətindən sonra verdiklərini və bizim də məhkəməyə şikayət etməli olduğumuzu bildirdilər. Sonra məmurlardan biri bizə lap ilə, adı Alp Arslan olmasa göbəyimi qırılacaq, başqa ad seçin, dedi. Biz bu qərardan məhkəməyə şikayət etdik və hazırda qərarı gözləyirik.”

Qeyd edək ki, İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri bu qərardan daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …