Çərşənbə , Oktyabr 14 2026
azfa

İranla razılıq əldə olunmasa, “tətik mexanizmi” işə salınacaq

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, Fransa, Britaniya və Almaniyanın (Avropa üçlüyü) “tətik mexanizmi”ni işə salacağını açıqlayıb.

Nazir bununla bağlı, Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclası öncəsi çıxışında danışıb: “İran konkret, etibarlı və yoxlanıla bilən addımlar atmasa, avqustun sonuna qədər beynəlxalq sanksiyaların bərpa mexanizmini işə salacağıq”.

Barrot qeyd edib ki, bu addım çərçivəsində əvvəllər ləğv edilmiş silah embarqosu, bank və nüvə texnologiyaları ilə bağlı sanksiyalar yenidən qüvvəyə minə bilər.

Qeyd edək ki, “Tətik mexanizmi” 2015-ci il Nüvə Razılaşması çərçivəsində yaradılıb və tərəflərə razılaşma pozulacağı halda sanksiyaları avtomatik qaydada bərpa etmək imkanı verir.  

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …