
GADTB Güney Azərbaycanın “Traxtur” Klubu Özbəkistan millisinin yarımmüdafiəçisi Odil Həmrabekovu komandaya cəlb etmək istəyir.
Özbəkistan millisində 65 beynəlxalq oyun keçirən 28 yaşlı futbolçu “Traxtur”un yarımmüdafiəsini gücləndirmək üçün əsas variantlardan biri kimi nəzərdə tutulub.
Razılaşma baş tutsa bu, cari mövsümdə “Traxtur”a cəlb olunacaq beşinci xarici oyunçu olacaq.
Həmrabekov bundan əvvəl Tehranın “Perspolis” və “İstiqlal” komandalarında da çıxış edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi