Cümə axşamı , Avqust 20 2026
azfa

İsveç molla rejimin edama məhkum etdiyi azərbaycanlı alimi azad etməyı çalışır

GADTB: İsveç dövləti molla rejimin edama məhkum etdiyi azərbaycanlı alimi azad etməyı çalışır.

İsveç Xarici İşlər Nazirliyi İranda həbsdə saxlanılan və ikili vətəndaşlığı olan azərbaycanlı alim Əhmədrza Cəlalinin durumu ilə bağlı yeni açıqlama verib. Nazirlik bildirib ki, İsveç hökuməti onun azadlığa buraxılması üçün bütün mümkün diplomatik və hüquqi vasitələrdən istifadə etməyə davam edir.

İsveç hökuməti eyni zamanda İrana qarşı səyahət xəbərdarlığını bir daha təsdiqləyib.

İsveç XİN bəyanat yayaraq bildirib ki, İranda təhlükəsizliklə bağlı vəziyyət ciddi, gözlənilməz və sürətlə dəyişən xarakter daşıyır və bu səbəbdən İsveç vətəndaşlarının, xüsusilə ikili vətəndaşlığı olanların İrana səfəri yüksək risklidir. Belə şəraitdə hökumətin öz vətəndaşlarına, xüsusilə də ikili vətəndaşlara kömək etməsinin çətin ola biləcəyi vurğulanıb.  

Həmçinin yoxlayın

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Yaşayış böhranının dərinləşməsi ilə ilin ikinci yarısında etirazların başlanması və genişlənməsi ehtimalı artır

QADTB: «Etemad» qəzeti iqtisadi və sosial təzyiqlərin artmasına diqqət çəkərək ilin ikinci yarısında etirazların baş …