Urmiya gölünə çayların suyunun buraxılmaması gölü qurudub

GADTB: Urmiya gölünə gölə axan çayların suyunun buraxılmaması gölü qurudub.

Tədqiqatçı və ətraf mühit fəalı Məhəmməd Dərviş Urmiya gölünün qurumasına cavabdeh olan qurumların fəaliyyətini tənqid edərək bu barədədeyib: Əvvəlki illərdə yağıntının səviyyəsi indikindəndə aşağı olsa da göl heç vaxt belə qurumamışdı.

 “Etemad” qəzetinə müsahibə verən Dərviş, səlahiyyətlilərin yağışlı mövsümdə gölü xilas etmədiyinə diqqət çəkərək, “Əslində göl istər yağıntılı mövsümdə, istərsə də quraqlıqda heç vaxt indiki duruma düşməmişdi” deyib.

O əlavə edib: “Bizdə 14 faiz çox yağıntı olanda da Urmu gölü yenə quruyurdu, yəni yağış yağsa da, yağmasa da, gölə bir damcı suyun getməsinə imkan vermirlər”.

Qeyd edək ki, İran hakimiyyəti Oman dənizindən İsfahana uzun su boru xətti çəksə də, güney Azərbaycanda yarıtmaz və məqsədli siyasətlə Urmiya gölünü qurudub.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …