Cümə , Noyabr 13 2026
azfa

Molla rejimi Fərzanə Daniyarı ETTELAAT-a çağıraraq dindirib

GADTB: Təbrizdə azərbaycanlı xanım fəal Fərzanə Daniyar ETTELAAT-a çağırılıb. Kəşfiyyat təşkilatının çağırışına məhəl qoymayan milli fəalın evinə basqın edilib. Evdə axtarış aparılıb. Milli fəalın mobil telefonu, kompyuteri və kitabları müsadirə edilib.

Dünən təkrarən Təbriz Kəşfiyyat İdarəsinin 37 nömrəli otağına çağırılan Fərzanə Daniyar bir neçə saat dindirilmədən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı xanım fəalın dəfələrlə tələbinə baxmayaraq, rejimin Təbrizdəki ETTELAAT İdarəsi onun evində axtarış zamanı müsadirə etdikləri telefon, noutbuk və kitabları təhvil verməkdən imtina etməkdə davam edir.

Həmçinin yoxlayın

İranın nüvə doktrinasının dəyişdirilməsi və bunun qlobal təhlükələri

GADTB: ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri Birləşmiş Ştatlar və İsrailin İrana hərbi hücum ehtimalını azaltsa …

İbrahim Asmaninin Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılması davam edir, ailəsinə susmaq üçün təzyiq göstərilir

GADTB: Daha əvvəl 30 ay həbs cəzasına məhkum edilmiş və cəzasını elektron qolbaq vasitəsilə ev …