Şənbə , Oktyabr 17 2026
azfa

Fransa İrana nüvə sazişi ilə bağlı son şans verdi

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Paris İranla nüvə sazişi çərçivəsində Tehrana yay fəslinin sonuna qədər möhlət verir. Nazir qeyd edib ki, bu müddət ərzində danışıqlarda irəliləyiş əldə olunmazsa, Fransa “snapback” mexanizmini işə salaraq sanksiyaları bərpa edəcək.

Barrot, İranın nüvə probleminin yalnız diplomatik yolla həll olunmasının mümkün olduğunu vurğulayıb. O, eyni zamanda Tehranın 10 il əvvəl imzaladığı saziş üzrə öhdəlikləri dəfələrlə pozduğunu qeyd edib.

Fransa hələlik sazişin müddətinin uzadılması ilə bağlı rəsmi qərar qəbul etməyib. Parisin bu addımı beynəlxalq səylərin davamı olaraq İranı razılaşmaya qayıtmağa təşviq etməyə yönəlib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …