Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı alpinistlər Qırğızıstanda itkin düşdülər

GADTB: 10 gündən çoxdur iki azərbaycanlı alpinist – Məryəm Piləvəri və Həsən Ağalu Qırğızıstandakı “Pobeda” zirvəsinə qalxdıqdan sonra itkin düşüblər.

Bu barədə Qırğızıstanın “Cənubi İnılçək” yardım əməliyyatları qərargahı məlumat yayıb.

“Alpinistləri tapmaq üçün PUA-lar vasitəsilə də aparılan axtarışlar nəticə vermədi, çox güman ki, onlar zirvədən Çinə tərəf enib və ya yıxılıblar”, – məlumatda bildirilib.

İranın Gənclər və İdman Nazirliyi Məryəm Piləvəri və Həsən Ağalunun nazirlik və Alpinizm Federasiyası ilə kordinasiyalı şəkildə deyil, fərdi təşəbbüslə getdiklərini deyib.

Qeyd edək ki, 7439 metr hündürlüyə malik “Pobeda” Qırğızıstanın ən hündür zirvəsidir.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …