Molla rejimi Azərbaycan mədənlərini talayır, Azərbaycan isə yoxsulluq içindədir- Video

GADTB: İrqçi fars-molla rejimi Azərbaycan mədənlərini talayır, Azərbaycan isə yoxsulluq içindədir.

Yaxın Şərqdəki ən böyük qurğuşun və sink mədəni, Ənguran mədəninə yaxın məsafədə yerləşməsinə baxmayaraq Zəncanın Dəndi şəhəri yoxsulluq içindədir.

Dəndi İslam Şurasının üzvü Əlirza Şabani bununla bağlı Mehr agentliyinə müsahibəsində danışıb.

Ənguran mədəni İran xəzinəsinə hər il 1500 milyard tüməndən çox dövlət gəliri gətirir. Mədən qanununun 14-cü maddəsinə əsasən, dövlət gəlirlərinin 15 faizi mədənin yerləşdiyi əyalətə qaytarılmalıdır və Altıncı İnkişaf Planının 43-cü maddəsinə əsasən, mədən satışlarının bir faizi eyni bölgənin inkişafı üçün xərclənməlidir. Ancaq bölgə əhalisinə düşən 400 milyarda tümənə yaxın illik paydan yalnız 100 milyard tümən ödənilmişdir.

Qeyd edək ki, Dəndi giriş körpüsünün tikintisi layihəsi 12 ildən artıqdır ki, tamamlanmayıb. Bundan başqa, Dəndinin tam təchiz olunmuş xəstəxanası belə yoxdur. Bu səbəbdən insanlar tam müayinə olmaq üçün Zəncana və ya yaxınlıqdakı şəhərlərə getməyə məcbur olurlar.

Video:

https://t.me/GADTB1/44816

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …