
GADTB: Tabnak saytı yazır ki, “Tramp marşrutunun” açılması İranı nəinki böyük tranzit gəlirlərindən, həm də Azərbaycan Respublikası üzərində mühüm geosiyasi rıçaqdan məhrum edəcək.
Onilliklər ərzində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında yeganə quru yolu İran ərazisindən keçirdi ki, bu da gizli şəkildə Tehrana həm iqtisadi səmərə verir, həm də siyasi təsir imkanı yaradırdı. “Tramp marşrutu” ilə bu uzunmüddətli asılılıq tezliklə sona çata bilər.
Məqalədə deyilir ki, İran üçün bu, xoşagəlməz hadisədir, çünki Azərbaycan onilliklər ərzində Naxçıvana getmək üçün İranın şimalından tranzitdən istifadə edib.
Gürcüstanın Tbilisi Avropa Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Dr.Emil Avdaliani də deyib: “Tramp marşrutunun mümkün açılması İranı nəinki böyük tranzit gəlirlərindən, həm də Azərbaycan Respublikası üzərində mühüm geosiyasi rıçaqdan məhrum edəcək.
Türkiyənin bu dəhlizdən gözlənilən faydaları nəinki İranı marginallaşdıracaq, həm də Rusiyanın Cənubi Qafqazdakı iki əsrlik güclü təsirini sarsıdacaq.
“Tramp marşrutu”nun nəticələrinə baxmayaraq, Moskva rəsmi Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan razılaşmanı alqışlayıb və bu, Tehranda Rusiyanın tərəfdaş kimi etibarlılığına dair narahatlıqlara səbəb olub.
Bu narahatlıq Tehranın Moskvanın İran- İsrail müharibəsi zamanı şüarlardan və diplomatik jestlərdən yuxarı qalxaraq, praktik şəkildə İslam Respublikasını müdafiə edə bilmədiyini dərk etdikdən sonra daha da gücləndi və bu, İranın Rusiyaya qarşı məyusluğunu daha da artırdı”./ Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi