Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Xameneyi Pezeşkiana nüvə danışıqlarında vasitəçilik üçün göstəriş verib

GADTB: Əli Xameneyi Qərblə nüvə danışıqlarının bərpası məqsədi ilə prezident Məsud Pezeşkiana xüsusi tapşırıq verib. Bununla bağlı “Iran International” məlumatlı mənbələrə istinadla xəbər yayıb.

Məlumata əsasən, Xameneyi Pezeşkiana Qətər əmirindən vasitəçi kimi çıxış etməsini istəməyi tapşırıb. Məqsəd, İranla Qərb ölkələri arasında gərginliyin azaldılması və xüsusilə “snapback” (tətik) mexanizmi əsasında beynəlxalq sanksiyaların yenidən tətbiq olunmasının qarşısının alınmasıdır.

Qətərin rəsmi xəbər agentliyi də bu məlumatı dolayısı ilə təsdiqləyib. Bildirilib ki, İran prezidenti tərəfindən göndərilən şifahi mesaj sentyabrın 4-də Dohada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı vasitəsilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə çatdırılıb. Həmin mesajda Tehranın adından Qətərdən Qərblə əlaqələrin yenidən qurulmasında diplomatik vasitəçilik rolu istənilib.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …