İran mediasından növbəti anti-Azərbaycan kampaniyası: “Bakıda ravvinlərin toplantısı” iddiası

GADTB: SRPAH-a bağlı “Fars” xəbər agentliyi Azərbaycana qarşı növbəti əsassız iddialar irəli sürüb. Saytın dərc etdiyi müsahibədə beynəlxalq əlaqələr üzrə ekspert kimi təqdim olunan Əşkan Mombini Bakıda guya “sionist ravvinlərin sammiti” keçiriləcəyini iddia edərək, bunu İslam ümmətinə “xəyanət” və “şiə məzhəbinin pozulması” kimi qələmə verib.

Məqalədə, habelə, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu barədə xəbərlərin yayımlanmasını “şokedici” adlandırıb və bunun guya “İslam dünyası və şiələrin ləyaqətinə zidd” olduğunu bildirib. Halbuki, Azərbaycanda belə bir tədbirin keçirilməsi barədə heç bir rəsmi məlumat yoxdur.

Xəbər portalı iddialarını daha da şişirdərək, Azərbaycanın guya “İslam ideallarına xəyanət etdiyi” və ölkənin “İbrahim razılaşmaları”na qoşulmaq üçün Qərb və İsraillə işbirliyinə sürükləndiyi barədə tamamilə əsassız təbliğat aparır.

Tarixən İslamı və şiəliyi müdafiə etmiş Azərbaycan xalqını hədəfə alan bu qaralama kampaniyası əslində Tehranın Azərbaycana qarşı siyasi qısqanclığının və təxribatçı ritorikasının yeni nümunəsidir.

İran mediası Azərbaycanı “sionist rejimə yardım etmək”də ittiham etsə də, bu cür manipulyativ və nifrət dolu iddialar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq ictimaiyyətdə ciddiyə alınmır və uğursuz təbliğat cəhdi kimi qiymətləndirilir./Azad İran

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …