Cümə , Oktyabr 16 2026
azfa

Wall Street Journal: “İran Uitkofla görüşəcəyinə söz verib”

GADTB: Bu gün Wall Street Journal qəzetinin tanınmış jurnalisti Laurens Norman “X” sosial media hesabında paylaşım edərək, İran və ABŞ arasında mümkün görüş barədə məlumat verib.

Normanın sözlərinə görə, İran Amerikanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkofla görüşəcəyinə söz verib. Lakin bu görüşün birbaşa, yoxsa dolayı yollarla baş tutacağı hələlik dəqiqləşməyib.

Məlumata əsasən, Tehran görüş üçün müəyyən şərtlər irəli sürüb – əsas tələb Vaşinqton tərəfindən heç bir hərbi hücumun olmayacağına dair təminat verilməsidir. Eyni zamanda, İslam Respublikasının bu öhdəliyi qarşılığında Avropa tərəfi BMT Təhlükəsizlik Şurasının “snapback” mexanizminin müddətini uzatmağa razılıq verməlidir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …