Bazar , Oktyabr 18 2026
azfa

Ocanda Şəhriyarın anım gününün keçirilməsinə icazə verilməyib

GADTB: İrqçi fars-molla rejimi sentyabrın 18-də Məhəmməd Hüseyn Behcət Təbrizinin (Şəhriyar) ildönümü münasibətilə keçirilməsi planlaşdırılan anım mərasiminə icazə verməyiblər.

Şəhriyarın ata kəndi Bostanabad məntəqəsinin Xoşkənab kəndində keçirilməsi nəzərdə tutulan tədbir ləğv edilib, şairin ata evinin qapıları bağlanıb və qonaqların ziyarətininin qarşısı alınıb.

Tədbir təşkilatçıları və mədəniyyət xadimlərinin tədbirin qarşısının alınmasının səbəbləri barədə əlaqədar dövlət qurumlarına ünvanladıqları müraciət və sualları cavabsız qalıb.

Qeyd edək ki, bununla eyni vaxtda İranın müxtəlif şəhərləri ilə yanaşı Təbrizdə də “Fars dili və ədəbiyyatı günü” ilə bağlı təntənəli mərasimlr keçirilib.

İran Ali Mədəni İnqilab Şurası 18 sentyabrı (27 şəhrivər) Şəhriyarın ölüm günü münasibətilə İranda “Fars dili və ədəbiyyatı günü” elan edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …