Şənbə , Oktyabr 17 2026
azfa

“The Maritime Executive”: Sanksiyaların bərpası İranın gəmi sənayesini ciddi şəkildə hədəfə alır

GADTB: Dəniz sənayesində ixtisaslaşmış nüfuzlu nəşrlərdən biri olan “The Maritime Executive” dünən dərc etdiyi hesabatda bildirib ki, İrana qarşı yenidən tətbiq olunması gündəmdə olan beynəlxalq sanksiyalar ölkənin gəmiçilik sektorunu ciddi şəkildə hədəfləyəcək.

Nəşrin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının sanksiyaları oktyabrın 25-də əvvəlki vəziyyətinə qayıdarsa, bu, xüsusilə İran İslam Respublikası Gəmiçilik Xəttləri (IRISL) və onun törəmə şirkətləri üçün ciddi nəticələrə səbəb olacaq. Dəniz idarəçiliyi tərəfindən verilən məlumata əsasən, IRISL-in ticarət donanmasına hazırda 115 gəmi daxildir.

Hesabatda vurğulanır ki, İran Milli Tanker Şirkəti də təzyiqlərdən kənarda qalmayacaq. Şirkətin balansında olan 38 çox böyük xam neft daşıyıcısı yeni sanksiyalar nəticəsində daha sərt nəzarət və risklərlə üzləşəcək.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …