Çərşənbə , Oktyabr 14 2026
azfa

İran televizyası “Traxtur”un oyununu- Kəsdi Klub etiraz etdi

GADTB: İranın idman kanalı Güney Azərbaycanın “Traxtur” komandası ilə Şirazın “Fəcr sepasi” komandalarının qarşılaşmasından yaydığı canlı verilişi yarımçıq kəsərək, ABŞ və Bolğaristanın voleybol komandalarının yarışı yayıb.

“Traxtur” klubu bununla bağlı bəyanat yayıb.

Klub, yaydığı bəyanatda İran televizyasının bu hərəkətini Traxtur üzvləri və onun milyonlarla tərəfdarına qarşı hörmətsizlik adlandırıb.  “Traxtur” Klubu bu hərəkəti həm də Azərbaycan komandasına qarşı ayrı-seçkiliyin nümunəsi olduğunu b

ildirib.

Qeyd edək ki, dünən İran Premiyer Liqasının 5-ci həftəsinin görüşlər çərçivəsində Təbrz təmsilçisi ilə Şiraz təmsilçisi qarşılaşıb.

Təbrizdə keçirilən qarşılaşma heç-heçə başa çatsa da, “Traxtur” 8 xalla turnir cədvəlində liderliyini qoruyub.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …