Ərsin Tatar: Türkiyənin adadakı hərbi varlığı qırmızı xəttimizdir

Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşdükdən sonra Şimali Kipr Türk Respublikasına (ŞKTR) qayıdan ölkə başçısı Ersin Tatar hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttimizdir.

E.Tatar bildirib ki, Kipr adasında problem yalnız “iki dövlət” prinsipi ilə həll oluna bilər. Tatarın sözlərinə görə, Quterreş və Xristodulidis ilə görüşlərində cənub və şimal dövlətlərinin əməkdaşlıq məsələsini gündəmə gətirsə də, yunan tərəfi buna isti yanaşmayıb:

“Biz embarqoların aradan qaldırılmasını gözləyirik, lakin əksi olur, üstəgəl, qarşı tərəf təcavüzkar davranışlar sərgiləməyə davam edir”.

ŞKTR Prezidenti həmçinin Xristodulidisin özünün gərgin olduğuna dair iddialarını yalanlayıb.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …