Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Ərdəbildə Möhəqqiq Ərdəbili Universitetində öyrəncilər etiraz edir-Video

GADTB: Ərdəbildə yerləşən Möhəqqiq Ərdəbili Universitetində yataqxana çatışmazlığı və əcnəbi tələbələrə üstünlük verilməsi yerli tələbələrin ciddi mənzil problemi və yüksək yaşayış xərcləri ilə üzləşməsinə və tələbələrin etirazına səbəb olub.

Tələbələrin sözlərinə görə, əcnəbi tələbələrə daha uyğun yataqxanalar ayrıldığı halda, yerli tələbələrə “500” adlanan yataqxana verilib ki, burada bir otaqda 20 nəfərə qədər tələbə qalmalı olur.

“Bu şərtlər kazarmadan da ağırdır. Biz öz ölkəmizdə marginallaşmışıq. Bu cür qeyri-insani şəraitdə necə yaşaya bilərik?” – deyə etirazçılardan biri bildirib.

Tələbələrin fikrincə, bu vəziyyət insan ləyaqətini və rifah standartlarını pozmaqla yanaşı, həm də onların səhhətində, psixologiyasında, güzəranında ciddi problemlər yaradıb.

https://t.me/GADTB1/45364

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …