Cümə axşamı , Noyabr 12 2026
azfa

Sayın Mikayil bəy Oyta və sayın sara xanım Azərsun Türkiyənin Cumhuriyyət Bayramı tədbirində- Şəkil

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun Türkiyənin Cumhuriyyət Bayramı tədbirlərinə qatılıblar.

Oktyabrın 29-da Türkiyənin Cumhuriyyət Bayramının 102-ci ildönümü münasibətilə Türkiyənin Avstraliyadakı Kanbera Səfirliyi tərəfindən rəsmi tədbir təşkil olunmuşdur. Həmin gün axşam isə Sidney şəhərində Türkiyənin Baş Konsulluğu tərəfindən analoji rəsmi qəbul keçirilmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyinin nümayəndələri Mikayıl bəy Oyta və Sara xanım Azarsun hər iki bayram tədbirində iştirak etmişlər.

Kanbera şəhərində keçirilən mərasimdə Avstraliyanın paytaxtından çoxsaylı səfirlər, dövlət nümayəndələri və diplomatlar iştirak etmişlər. Eyni zamanda, Türkiyənin Baş Konsulu hörmətli Belgin xanım Ergüneşin dəvəti ilə bir çox diplomatlar, dövlət rəsmiləri və türk təşkilatlarının rəhbərləri ve GADTB-nin temsilçileri Mikayil bəy Oyta ve Sara xan;m Azarsun da Sidney şəhərində keçirilən rəsmi tədbirdə iştirak etmişlər.

Həmçinin yoxlayın

Təbrizdə sürücülər sığortanın olmamasına və maaşların artırılmamasına etiraz olaraq tətilə başladılar – Video

GADTB: 1405-ci il aban ayının 20-də, çərşənbə günü günorta saatlarında Təbrizdə zibil, lil və tikinti …

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə …