Təbrizdə “Ölüləri qoylayın” adlı türkcə tamaşa səhnəyə çıxır

GADTB: Güney Azərbaycanın Təbriz şəhərində “Ölüləri qoylayın” adlı türkcə teatr tamaşası bu həftədən etibarən səhnəyə qoyulur. Tamaşanın əsas mövzusu müharibə deyil, sülh, insanlıq və birgəyaşayış ideyasıdır.

Tamaşa 6 noyabrdan etibarən hər gün saat 19:30-da Təbrizin 29 Bahman Mədəniyyət və İncəsənət Kompleksində nümayiş olunacaq. 13 yaşdan yuxarı tamaşaçılar üçün tövsiyə olunan bu əsər, ingilis yazıçısı Ervin Şounun ilk pyesi olub, sonradan tərcümə edilərək türkcə səhnələşdirilib.

Tamaşanın azərbaycanlı rejissoru Nazilə İranzad Benam 3 noyabrda keçirilən mətbuat konfransında deyib:

“Bu əsər sanki məni özü seçdi. Müharibə fonu olsa da, əsərin ruhu sülh və insanlığa dayanır. Biz 32 aktyorla müxtəlif rollar üzərində işləyirik və tamaşa əslində insanın insana münasibətini, savaşın törətdiyi dağıntılara baxmayaraq, insanlıq dəyərini xatırladır.”

Rejissor bildirib ki, tamaşanın məşqləri ötən ilin azır ayından başlayıb və icazələr alındıqdan sonra göstəriləcək vəziyyətə gətirilib:

“Əsərin ilkin adı ‘Dara və Nədara’ idi. Orijinal mətni ingiliscədir, lakin biz onu həm farscaya, həm türkcəyə uyğunlaşdırmışıq. Dilimizdə səhnələşən variantda əsas mətnə sadiqlik qorunub, yalnız müəyyən yaradıcılıq əlavələri edilib. Tamaşanın müddəti 95 dəqiqədir.”

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …