Cümə , Noyabr 6 2026
azfa

Güney Azərbaycanın Qızılüzən çayı tam quruyub

GADTB: İran rəsmilərinin yanlış idarəçiliyi və davam edən quraqlıq nəticəsində Azərbaycanın ən böyük çaylarından biri olan Qızılüzən tamamilə quruyub. Bir vaxtlar bölgənin “axan qızılı” kimi tanınan bu çay indi çatlamış, susuz bir yatağa çevrilib.

Uzun illər davam edən su qıtlığı və nəzarətsiz su istifadəsi Qızılüzəni mövsümi çaya çevirib. İndi hətta payız fəslində belə burada su axını yoxdur və təbiətin həyati dövranı tam dayanıb.

Bu gün Qızılüzənin qurumuş və yaralı yatağı sükut içində olsa da, su böhranının acı fəryadı oradan aydın eşidilir. Təbiətin bu mənzərəsi bölgədə ekoloji vəziyyətin nə qədər ağırlaşdığını bir daha göstərir. Bunlar isə daha çox molla rejimin müstəmləkəçi siyasətinin nəticəsidir.

Həmçinin yoxlayın

İran uzun müddətdən sonra nüvə proqramının məhdudlaşdırılması planını nəzərdən keçirir

GADTB: ABŞ rəsmisi və danışıqlardan xəbərdar olan bir diplomat “The Times of Israel” qəzetinə bildiriblər …

Telegraph: Müctəba Xamenei Putindən S-400 hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib

GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yüksək rütbəli iranlı məmura istinadən yazıb ki, İran İslam …