Cümə axşamı , Avqust 27 2026
azfa

Qərbi Azərbaycan vilayətində terrorçu kürdlər daha bir Azərbaycan əsilli sərhədçini öldürdü

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Qərbi Azərbaycan vilayətində kürd terror qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada daha bir Azərbaycan əsilli sərhədçini öldürdü.

Hadisə, iyun ayının 20-də Qərbi Azərbaycan vilayətinin Piranşəhr (Xana) şəhərində, Təmərçin sərhəd polis qərargahı yaxınlığında baş verib. Sərhədçilərlə terrorçu Kürdüstan Demokrat Partiyası silahlıları arasında baş verən qarşıdurmada, Sulduz şəhər sakini olan  azərbaycanlı sərhədçi Əli Haşimi güllə yarası alaraq yerindəcə həlak olub. Daha bir sərhədçi yaralanaraq xəstəxanaya yerləşdirilib. Kürd terrorçuların itkiləri barədə hər hansı bir məlumat verilməyib.

Azərbaycanlı şəhid Sulduzda dəfn edilmişdir.

Həmçinin yoxlayın

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir …

Analitik: “Vaşinqton Zəngəzur layihəsi ilə bağlı İranı sakitləşdirməyin yolunu tapıb”

GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP …

Bir cavab yazın