GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun proksi qüvvələrinin İsraildə keçiriləcək seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə hücumlar təşkil etməyə çalışması barədə xəbərdarlıq edib. O bildirib ki, İsrailin təhlükəsizlik qurumları bu cəhdlərin qarşısını almağa hazırdır. İsrael Kats vurğulayıb ki, İran İslam Respublikası rejiminin …
Ətraflı oxu »Gündəlik Arxivlər: Oktyabr 21, 2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının həyata keçiriləcəyini və qatarların dayanacaqlarının olacağını bildirib. “Sputnik-Armenia” xəbər verir ki, bunu Mirzoyan Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən deyib. Onun …
Ətraflı oxu »Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir
GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun həcmi təxminən 2 milyard 550 milyon kubmetrə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artım deməkdir. Ötən illə müqayisədə Urmiya gölündə suyun həcmi təxminən 2 milyard 300 milyon kubmetr artıb. Bununla …
Ətraflı oxu »İraq da İranla sərhədləri bağlayır
GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən etibarən fəaliyyətini dayandıracaq. Yaxın günlərdə bu qərarın İranla sərhəddəki bir neçə başqa keçid məntəqəsinə də şamil ediləcəyi bildirilir. Agentlik qərarın səbəbinin hələlik açıqlanmadığını iddia edib. “Shafaq News” portalı sərhəd keçidlərinin bağlanması barədə göstərişi İraqın baş …
Ətraflı oxu »Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır
GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına söz verərək, yalnız “yekun qərarın” qaldığını bildirib. Ağ Evdəki kabinetində çıxış edən Donald Tramp jurnalistin sualını cavablandırarkən vurğulayıb ki, yalnız son qərarı vermək qalır: “Hansı yolla qalib gələcəyik — yaxşı yolla, yoxsa o qədər də …
Ətraflı oxu »“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir
GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı analitiki Covanni Staunovonun paylaşımını yenidən dərc edərək bildirib ki, saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti adı altında Çinə gətirilən İran xam neftinin idxalı hazırda sürətlə azalır. Staunovo da Çinin Gömrük Baş İdarəsinin Malayziya …
Ətraflı oxu »Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir
GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam edəcək hücuma hazırlaşmışdı. Lakin Donald Trampın etirazı səbəbindən hücum oktyabrın 10-da həyata keçirilməyib. “Faynənşl Tayms” qəzetinin məlumatına görə, Benyamin Netanyahu hücumların bərpası üçün səylərini davam etdirir. “Faynənşl Tayms” oktyabrın 21-də üç məlumatlı mənbəyə istinadən yazıb …
Ətraflı oxu »Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir
GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi ilə bağlı qərar verilmədən Təbriz həbsxanasında saxlanılır. Bel nahiyəsində disk yırtığından əziyyət çəkən məhbusun tibbi yardımdan da məhrum edildiyi bildirilir. Vidafər 2026-cı il avqustun 5-də Təbrizdə Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Daxil olan məlumatlara …
Ətraflı oxu »Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb
GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin Təbriz həbsxanasının rəhbərliyinin qərarı ilə ümumi cinayətlərə görə məhkum olunmuş şəxslərin və narkotik asılılığı olan məhbusların saxlanıldığı bölmələrə köçürüldüyü bildirilir. Məlumatlı mənbələr bu addımı cəza xarakterli və məhbuslara psixoloji və fiziki təzyiqi artırmaq məqsədi daşıyan …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi