Çərşənbə axşamı , Avqust 25 2026
azfa

ABŞ və Avropa üçlüyü İranla bağlı AEBA-ya qətnamə layihəsi təqdim edib

GADTB: Fransa, Britaniya, Almaniya və ABŞ, İranın nüvə proqramı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarə Heyətinin iclasında qətnamə layihəsi təqdim ediblər.

“Reuters”in məlumatına görə, bu gün qəbul edilməsinin ehtimalı yüksək olan sənəddə, İranın təcili şəkildə nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məlumat təqdim etməsi tələb olunub.

Qətnamədə, habelə, İranın AEBA-nın protokoluna riayət etməsini və elan edilməmiş yerlərdə gözlənilməz yoxlamalar üçün tam giriş imkanı təmin etməsini ilə bağlı istək yer alıb.

Təqdim edilən qətnamə İranın nüvə fəaliyyətlərini nəzarət altına almaq və beynəlxalq tələblərə uyğunluğunu təmin etmək məqsədini güdür.

Həmçinin yoxlayın

ABŞ SEPAH-ın beş əsas komandiri barədə məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib

GADTB: ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı SEPAH-ın bir sıra əsas komandirləri barədə məlumat …

“Traxtur” komandası “Perspolis”ə qalib gəlib

GADTB: “Traxtur” komandası İran futbol üzrə Premyer Liqasının üçüncü turunun ən prinsipial qarşılaşmasında Təbrizin Səhənd …