Şənbə , İyul 18 2026
azfa

Rosatom İranla kiçik AES-lərə dair Anlaşma Memorandumu hazırlayır

GADTB: Rusiyanın nüfuzlu enerji şirkəti “Rosatom” İranla kiçik atom elektrik stansiyalarının inşası ilə bağlı Anlaşma Memorandumu hazırlayır. Dünən şirkətin rəhbəri Aleksey Lixaçev bildirib ki, bu razılaşma, tərəflər arasında gələcəkdəki əməkdaşlıq üçün mühüm addım olacaq.

Lixaçevin sözlərinə görə, “Rosatom” bu layihəni həyata keçirmək üçün nəzərdə tutulan kiçik atom elektrik stansiyalarına dair müvafiq memorandum üzərində iş aparır.

Bundan əvvəl, İranla Rosatom arasında Buşehr Atom Elektrik Stansiyasının tikintisi və  modernləşdirilməsi ilə bağlı mühüm əməkdaşlıqlar mövcud olub. Lixaçev, Buşehr AES-in birinci blokunun stabil işini davam etdirdiyini, ikinci və üçüncü blokların isə tikinti mərhələsində olduğunu vurğulayıb. /Azad İran

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …