Cümə , Avqust 21 2026
azfa

NASA Urmiya gölünün yeni peyk görüntüsü yaydı

GADTB: NASA Urmiya gölü və onun ətrafındakı bölgənin son vəziyyətini əks etdirən yeni peyk görüntüsünü paylaşıb. Şəkillər geniş ərazilərdə ciddi çirklənmə və ekoloji dağıntı olduğunu göstərir.

Vaxtilə böyük su hövzəsi olan Urmiya gölünün bir hissəsi indi qurumuş, boş və cansız sahəyə çevrilib.

Ekspertlər bu görüntünü bölgədə ekoloji vəziyyətin kritik dərəcəyə çatdığının göstəricisi kimi qiymətləndirirlər.

Ekoloji mütəxəssislərin fikrincə, Urmiya gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükəyə atır və bu Azərbaycan xalqının məcburi köçünə səbəb olacaq.

Urmiya gölünün quruması və toz mərkəzlərinin aktivləşməsi nəticəsində yaranan duz fırtınalarının baş verməsi təkcə Azərbaycan xalqı üçün problem deyil, həm də beynəlxalq ekoloji təhlükədir.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …