Şənbə , İyul 18 2026
azfa

İsrail Ordusu İranın balistik raketləri barədə xəbərdarlıq etdi

GADTB: İsrailin “YNET” nəşrinin yazdığına görə, İsrail hərbi rəsmiləri ölkə parlamentindəki (Knesset) qanunvericilərə xəbərdarlıq ediblər ki, İran 12 günlük müharibədən təxminən altı ay sonra ballistik raketlərin genişmiqyaslı istehsalına yenidən başlayıb.

“İsrailin yüksək vəzifəli hərbi nümayəndəsi Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin gizli iclasında İran hökumətinin raket potensialını sürətlə bərpa etdiyini açıqlayıb”,- nəşr bildirib.

Bu xəbərdarlıq, Tehranın 5 dekabrda İnqilab Keşikçiləri Korpusunun Fars körfəzində keçirilən böyük dəniz təlimində ballistik və kruiz raketlərindən, eləcə də dronlardan istifadə etdiyini elan etməsindən sonraya təsadüf edir.

Digər tərəfdən, ABŞ və İsrail 7 dekabrda Yaxın Şərqdəki təhdidlərə qarşı mübarizə aparmaq məqsədilə illik birgə dəniz təlimlərinə başlayıblar.

İsrail ordusunun açıqlamasına görə, təlimdə İsrail Hərbi Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması iştirak edəcək.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …