Şənbə , Oktyabr 17 2026
azfa

Qərbi Azərbaycan valisindən mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına etiraf

GADTB: Qərbi Azərbaycan qubernatoru Rza Rəhmani əyalət mədən şurasının iclasında mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına etiraf edib.

Rəhmani deyib ki, dövlət mədənçilik gəlirlərinin qanuni payı mədənin olduğu ərazilərdə xərclənməlidir ki, mədənçilik fəaliyyətinin faydaları yerli əhalinin həyatına öz müsbət təsirini göstərsin.

O mədənlərdən əldə edilən gəlirlərin yerli investisiyalara, əhalinin sosial durumunun yaxşılaşdırılmasına və gənclər üçün yeni iş imkanları yaradılmasına yönləndirilməli olduğunu deyib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycanda mədənçilik fəaliyyətləri ilə əldə etdiyi filizləri belə Güney Azərbaycanda emal etmir. Filizlər İran başqa əyalətlərinə aparılaraq orada emal prosesindən keçir. Bu da mədənlərin olduğu bölgələr üçün yox, emal prosesinin həyata keçirildiyi bölgələr üçün yeni iş imkanları yaradır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …