Cümə axşamı , Noyabr 12 2026
azfa

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev deyib ki, Xəzər dənizinin dayazlaşması dönməz hala gələ və bir sıra ciddi nəticələrə səbəb ola bilər.

“Hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ bilər və ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər. Qazaxıstan Xəzər dənizinin ekosisteminin dağılmasının və dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqram hazırlamağı təklif edib”, – Tokayev bildirib.

Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …