Cümə , Noyabr 13 2026
azfa

Zəncanda milli şüarlar; “Zənganım, gözəl Azərbaycandanıq” – Video

GADTB: Zəncan şəhərində yerləşən 6 min nəfərlik stadionda “Arman Zəncan” futbol komandasının oyunu zamanı yerli azarkeşlər komandalarını dəstəkləməklə yanaşı, Azərbaycan türkcəsində milli şüarlar səsləndiriblər.

“Abbas Lisaninin məlumat səhifəsi”nin xəbərinə görə, azarkeşlər “Armanım, Zənganım, gözəl Azərbaycanım” və “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi şüarlarla öz mədəni və dil kimliklərini vurğulayıblar. Bununla yanaşı, stadionda “Eşqin məni dərdə salıb” və “Bir, iki, üç – Arman” kimi şüarlar da səsləndirilib.

https://t.me/GADTB1/47026

Həmçinin yoxlayın

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …

Təbrizdə türkcə “Sallax” tamaşasının posteri təqdim olunub

GADTB: Əkbər Şəriətin müəllifi olduğu, Məhəmmədrza Qənbərinin quruluş verdiyi və Mehdi Səmsarinin prodüserliyi ilə hazırlanan …