Şənbə , Noyabr 14 2026
azfa

Tehranda etirazların miqyası genişlənir – Video

GADTB: Dünəndən Tehranda başlayan bazar esnafının etirazları bu gün şəhərin müxtəlif küçə və məhəllələrinə yayılıb. Sosial şəbəkələrdə yayılan video və xeberler göstərir ki, bazar ertəsi, 8 Dey tarixində Tehran bazarının bəzi hissələri və şəhərin mərkəzi rayonları etiraz aksiyalarına səhnə olub, çox sayda mağaza fəaliyyətini dayandırıb. Bir sıra ərazilərdə etirazların davam etdiyi bildirilir.

Məlumata əsasən, etirazlar bazar günü Cümhuriyyət küçəsində, Şuş bazarında dəmir ticarəti zonasında, Əlaəddin ticarət mərkəzinin ətrafında və Böyük Tehran bazarının bəzi hissələrində keçirilən aksiyaların davamı kimi formalaşıb. Xarici valyuta qiymətlərinin kəskin artması, dolların 144 min tümən həddini keçməsi, qızılın bahalaşması və illik inflyasiyanın 52 faizdən yuxarı elan edilməsi esnaf və əhali üçün misli görünməmiş sosial-iqtisadi təzyiq yaradıb.

Hazırda Tehranda etirazların müşahidə edildiyi ərazilər bunlardır:

Laləzar,

Sədi metro stansiyası,

Topxana,

Tehran bazarı,

Əlaəddin,

Millət küçəsi,

Əmir Kəbir küçəsi,

Cümhuriyyət küçəsi,

Şuş meydanı,

Həsənabad küçəsi,

Çaharsu və Cəfəri bazarı,

Nasir Xosrov küçəsi,

15 Xordad meydanı,

İstanbul dördyolu.

https://t.me/GADTB1/47433

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …