Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Cənubi Azərbaycanın və İranın bəzi şəhərlərində gecə saatlarında etirazlar davam edib- Video

GADTB: Daxil olan məlumatlara görə, şənbə günü, 13 dey tarixində Cənubi Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Şəhriyar, Kərəc, Həmədan və digər bölgələrdə, həmçinin İranın müxtəlif şəhərlərində etiraz aksiyaları gecə boyunca davam edib. Etirazlar İlam, Fars əyalətinin Rəzqan və Niyriz şəhərləri, Gəçsəran, Sari, Xorramabad, Məşhəd və Tehranın bəzi məhəllələrində qeydə alınıb.

Yayılan xəbərlərə əsasən, İlam vilayətinin Mələkşahi bölgəsində üç etirazçı həyatını itirib.

Məlumatlarda bildirilir ki, İran rəhbərliyinin repressiya göstərişi verməsindən sonra rejimə bağlı silahlı qüvvələr hərbi silahlardan istifadə edərək etirazçılara qarşı zorakılıq tətbiq ediblər. Tehranın Pərənd qəsəbəsində etiraz edən vətəndaşlara döyüş sursatı ilə atəş açıldığı xəbər verilir.

Şiraz şəhərində isə “Diktatora ölüm” şüarı səsləndirilərək İran İslam Respublikasının bayrağı yandırılıb.

Şənbə günü, 13 dey tarixində Fars əyalətinin Niyriz şəhərində etirazçı vətəndaşlar icra hakimiyyəti binasına hücum ediblər. Rejimin repressiya simvollarından sayılan bu binanın etirazçıların hədəfinə çevrildiyi və bir müddətlik xalqın nəzarətinə keçdiyi bildirilir.

https://t.me/GADTB1/47628

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …