Cümə , Sentyabr 18 2026
azfa

Tramp Xameneinin qaçacağını deyir

GADTB: ABŞ Prezidenti Donald Tramp “Fox News” müsahibəsində bildirib İranın rəhbəri ayətullah Seyid Əli Xamenei ölkədən getməyi planlaşdırır.

 “O, harasa getməyi planlaşdırır”, – Tramp Xameneinin Rusiyaya qaçmaq istədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

ABŞ prezidenti Donald Tramp İranda keçirilən etiraz aksiyaları ilə bağlı paylaşım edib. O, özünə məxsus “Truth Social” platformasında etirazlardan görüntülərin yer aldığı “YouTube” videosunu paylaşıb.

Paylaşılan video İsrailin “Kanal 13” telekanalına məxsusdur. Tramp paylaşımında videonun başlığı ilə eyni cümləni yazaraq diqqət çəkib: “Milyondan çox insan mitinq keçirib: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarəti altındadır, rejim qüvvələri geri çəkilir”.

Paylaşım Trampın İranda davam edən prosesləri yaxından izlədiyini göstərən açıq mesaj kimi dəyərləndirilir.

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …