Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal Atilla Feyzullahi Vahiddən hələ də xəbər yoxdur

GADTB: Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqlərin davamı olaraq, ötən həftənin şənbə günü molla rejimin qüvvələri Təbrizin Lalə küçəsində yerləşən Atilla Feyzullahi Vahidin iş yerinə basqın edərək onu saxlayıb və naməlum istiqamətə aparıblar.

Özlərini Kəşfiyyat İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər heç bir məhkəmə qərarı təqdim etmədən bu azərbaycanlı fəalı saxlayıb, dərhal sonra isə onun iş yerini möhürləyiblər. Hadisədən təxminən bir həftə keçməsinə baxmayaraq, təhlükəsizlik orqanları Atilla Feyzullahi Vahidin saxlanıldığı yer, hüquqi durumu və səhhəti barədə hər hansı məlumat verməkdən imtina edirlər.

Bu azərbaycanlı türk fəalın taleyi barədə davam edən məlumatsızlıq onun sağlamlığı və həyatı ilə bağlı narahatlıqları daha da artırır və bu durum Cənubi Azərbaycanda insan hüquqlarının pozulmasının və sistemli repressiyaların dərinləşməsinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …